İlham Əliyev həmkarını təbrik etdi


00:49     19 Avqust 2015 ilham8.jpg

Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Əşrəf Qanini Müstəqillik günü münasibətilə təbrik edib.


Femida.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin qorunub saxlanması və daha da möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Açar sözlər:

Oxunub: 696