“Qarabağ” İsveçrəyə yollandı


01:17     19 Avqust 2015 qarabag.jpg

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində “Yanq Boyz”la qarşılaşacaq “Qarabağ” komandası Bakı-Bern reysi ilə İsveçrəyə yollanıb.


Femida.az xəbər verir ki, komandalar arasındakı ilk oyunu rusiyalı baş hakim Vladislav Bezborodov idarə edəcək. Yan xətt hakimləri isə onun həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin olacaqlar. Oyunda dördüncü hakim funksiyasını isə Aleksey Yeskov yerinə yetirəcək.

“Yanq Boyz” və “Qarabağ” komandaları avqustun 20-də Bakı vaxtı ilə saat 23:00-da Berndəki “Stad de Syuiss” stadionunda üz-üzə gələcək.

Açar sözlər:

Oxunub: 716