Bakı Saakaşvilini təhvil vermədi


15:25     30 Aprel 2015 ilham_aliyev_mikhail_saakashvili_280414_1.jpg


Gürcüstan iqtidarının Saakaşvili qorxusunun səbəbləri bəlli olur

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Bakıda keçirilən 3-cü Qlobal Bakı Forumunda iştirak etməsi Gürcüstan hakimiyyətini hərəkətə keçirib. Gürcüstan Baş Prokurorluğu Mətbuat Mərkəzi rəhbərinin müavini Natia Suxiaşvili bildirib ki, Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycanın Baş Prokurorluğuna Mixail Saakaşvilinin həbs olunaraq Tiflisə ekstradisiya olunmasına dair rəsmi sorğu göndərilib. Mixail Saakaşvili Gürcüstanda İnterpolun “qırmızı xətt”lə axtardığı şəxslərin siyahısına daxil edilib. Bu siyahıya salınan adamlar xüsusilə təhlükəli sayılır və onlar dünyanın harasında olmasından asılı olmayaraq həbs edilməlidirlər.

Dünən isə Saakaşvili Bakıdan Tiflisə səslənib:

“Əlbəttə ki, mən Gürcüstana qayıdacam ki, xalqıma kömək edim. Mənim karyeram xalqıma məxsusdur. Mənə bu yaxınlarda çox yüksək vəzifə, Ukrayna hökumət başçısının müavini olmaq təklif edildi. Bu mənim üçün böyük şərəf olardı. Gərək onda mən Ukrayna vətəndaşlığı alıb, Gürcüstan vətəndaşlığından imtina etməliydim. Lakin mən bunu etmədim. Çünki inanıram ki, mənim ölkəmin - Gürcüstanın böyük gələcəyi var. Mən bu gələcəyi xalqımla birlikdə quracam”.

Açar sözlər:

Oxunub: 1535