Fransada parlament seçkilərinin ikinci turu keçirilir
15:30 18 İyun 2017
Bu gün Fransada parlamentin aşağı palatasına seçkilərin ikinci turu keçirilir.
Femida.az xəbər verir ki, prezident Emmanuel Makoronun "İrəli, Respublika" Partiyasının 577 yerə malik parlamentdə 415-445 mandat qazanacağı proqnozlaşdırılır.
Qeyd edək ki, iyunun 11-də parlament seçkilərinin birinci turunda E. Makronun partiyası 28,21 faiz, Respublika Partiyası 15,77 faiz, Maria Le Penin Milli Cəbhə Partiyası 13,2 faiz, Fransa Müqavimət Partiyası 11,02 faiz və Sosialist Partiyası 7,44 faiz səs qazanaraq ikinci tura keçib. Birinci turda seçici fəallığı 48,71 faiz olub.
Femida.az
Oxunub: 1164
Oxşar xəbərlər
- Fransada polis 6 nəfəri güllələyib
- Fransada aeroportlar iflic oldu
- Fransada daşqınlar gözlənilir
- Fransada meşə yanğınları qatarların yolunu kəsdi
- Fransada təhsil almış şəxsə 17 il HƏBS
- Fransada gərginlik: 370-ə yaxın insan saxlanıldı
- Fransada 7 terror aktının qarşısı alınıb
- Fransadan erməni vəhşiliyinə - Reaksiya
- Fransada fövqəladə vəziyyət ləğv olunur
- Fransada məscid qarşısında silahlı hücum