İranda Azərbaycan filmləri nümayiş olunacaq


15:42     18 İyun 2017 azer%20iran.jpg

İyulun 3-dən 10-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.


Femida.az-ın verdiyi məlumata görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.

Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1092