Qətərlə Səudiyyə Ərəbistanı rəsmiləri arasında əlbəyaxa dava


17:15     18 İyun 2017 1497777254-9731.jpeg

Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının Küveytdə keçirilən iclasında Qətər ilə Səudiyyə Ərəbistanının nümayəndələri arasında əlbəyaxa dava düşüb.


Femida.az AzərTAc-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının nümayəndəsi çıxışı zamanı Qətəri nalayiq sözlərlə təhqir edib. Qətər nümayəndələri isə cavab verərək ayağa qalxıblar və bundan sonra əlbəyaxa dava başlayıb.

İclasın təhlükəsizliyini təmin edən mühafizəçilərin müdaxiləsindən sonra əlbəyaxa davaya son qoyulub. Hər iki dövlətin nümayəndə heyətinin bir yerdə olması problem yaratdığı üçün iclas dayandırılıb və başqa vaxta keçirilib.

Əlbəyaxa dava sosial şəbəkələrdə də yayılıb.

Açar sözlər:

Oxunub: 1016


Oxşar xəbərlər