Hərbçilər kütləvi şəkildə zəhərləndi - Türkiyədə

16:14     18 İyun 2017 turk%20ordu29.jpg

Türkiyədə 730-dan çox hərbçi qidadan zəhərlənib.

Bu barədə "Hürriyyet" məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Manisada, iyunun 17-də baş verib. Ordu bölmələrindən birində yüzlərlə hərbçi nahardan sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Xəstəxanaya 731 hərbçi yerləşdirilib. Prokurorluqdan bildirilib ki, istintaq çərçivəsində 21 nəfər saxlanılıb.
Qeyd olunur ki, Manisada hərbçilərin zəhərlənməsi ilə bağlı oxşar hadisə mayın 24-də də baş verib.

Açar sözlər:

Oxunub: 1340