Deportasiya edilən vətəndaş təyyarədə dava saldı

16:55     18 İyun 2017 594651747af5072f906e8013_1497782136.jpg

Londondan İstanbula üçün təyyarədə insident baş verib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəsinə deportasiya edilən əfqanıstanlı mühacir geri qayıtmaq istəmədiyini, orada həyatının təhlükədə olduğunu deyib.

Mühacirin bu sözləri sərnişinlərdən birinin qəzəbinə tuş gəlib. Yaşlı sərnişin ona hücum edərək sifətinə yumruqla zərbələr vurub.

Təyyarədə olan digər sərnişin və nəzarətçilər müsəlman gəncin şiddətə məruz qalmasına müdaxilə etməyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1166