Portuqaliyada 3 günlük matəm elan edilib


22:43     18 İyun 2017 port2.jpg

Portuqaliya hökuməti meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.

Bu barədə “Publico” qəzeti məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara əsasən ölkənin mərkəzi hissəsində meşə yanğınları nəticəsində 62 nəfər ölüb, 54 nəfər xəsarət alıb. Meşə yanğınlarını nəzarət altına almaq hələ ki, mümkün olmayıb.

Açar sözlər:

Oxunub: 845