Türkiyə yenə şəhid verdi


13:55     19 Avqust 2015 sehid6.jpg

Türkiyənin Diyarbakır vilayətinin Lice rayonunda PKK terrorçuları ilə əsgərlər arasında silahlı qarşıdurma olub.


Lice rayonunda dünən axşamdan etibarən fövqəladə vəziyyət elan edilib, insanlara küçəyə çıxmaq qadağan edilib. Əsgərlərlə terroçular arasında silahlı qarşıdurma isə bu gün səhər baş verib. Nəticədə 4 əsgər yaralanıb.

Yaralı əsgərlər helikopterlə Dicle Universiteti Xəstəxanası təcili tibbi yardım bölməsinə aparılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilmişdi. Həkimlər bütün səylərə baxmayaraq, onların həyatını xilas edə bilməyiblər.

Türkiyədə gərginlik davam edir. Hər ötən gün ölüm xəbərləri artmaqdadır. Türkiyədə PKK silahlılarına qarşı keçirilən əməliyyatlar fonunda həftə boyu hadisələr səngiməyib. Türk polisi isə ölkənin dörd bir yanında törədilən terror aktlarını anti-terror əməliyyatları ilə susdurmağa çalışır.(Ans)

Açar sözlər:

Oxunub: 807