`Gürcüstanda konstitusiyalı monarxiya qurulmalıdır` - Patriarx


01:03     19 İyun 2017 60f0bcb2f2182276d6b78a466b771a59.jpg

Katolikos – Bütün Gürcüstanın patriarxı II İliya gürcü xalqının ölkədə konstitusiyalı monarxiya qurmağa çağırıb.


“Qruziya Online” nəşrinin verdiyi məlumata görə, II İliya Gürcüstanın qədim monarxiya olduğunu bildirib.

Katolikos konstitusiyalı monarxiyanın ölkəyə sabitlik gətirəcəyini bəyan edib:

“Bizi çar idarə edib. Bu gün dünyanın bir hissəsində monarxlar var, hökmranlıq edirlər, ancaq ölkəni idarə etmirlər. Bu, konstitusiyalı monarxiyadır və ölkəyə sabitlik gətirir. Bu, yəqin ki, bu gün, sabah baş verməyəcək, ancaq biz keçmişi, bu günü və sabahı analiz etməliyik. Ümid edirəm ki, gürcü xalqı sülh yolu tapacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1254


Oxşar xəbərlər