İki avtomobil toqquşub, xəsarət alan var

09:07     19 İyun 2017 qeza_yeni.jpg

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Goranboy rayon Polis Şöbəsində Femida.az-a verilən məlumata görə, hadisə rayonun Qərvənd kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 21015" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, "VAZ 2106"nın sürücüsü Əliyev Yadigar müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 378