Baş nazir: “Fətullah Gülənə dedim ki…”


16:41     30 Aprel 2015 7929.jpg


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Əhməd Davudoğlu ilk dəfə Fətullah Gülənlə görüşündən danışıb.

“Fırtına gələndə hiss edirsiniz”


2013-cü ilin sentyabrında o zamankı president Abdullah Gül və o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın da məlumatlı olduğu görüş təşkil edilib: “ Fətullah Gülənlə 2-3 dəfə qarşılaşdım. Əlimizdə təhqiqat materialları vardı və nəyi planlaşdırdıqlarının fərqində idik. Sonuncu həmlə kimi onları danışıqlara çağırmaq istədik. Qanun çərçivəsində ölkəyə gəlməyini təklif etdik.

“Gülən indi vaxtı deyil” dedi
“Gülən gəlməkdən imtina etsə də, bildirdi ki, dövlətə qarşı qərəzi və iddiası yoxdur. İndi mənə aydın olur ki, “İndi vaxtı deyil” deməklə o, dekabr ayında planlaşdırdığı çevrilişi nəzərdə tuturmuş. O, Xomeyninin İrana geri döndüyü kimi Türkiyəyə qayıtmağı planlaşdırırdı. Onlar başqalarını dinlətməyi çox sevirlər. Həmin gün danışdıqlarımızı dinləməyi unudublar. İddia etdikləri kimi sivil cəmiyyət, təhsil təbliğatçısı olmayıb. Kəşfiyyat, dövlətin içinə nüfuz etməkdən vaxtları olmayıb. “

Xatırladaq ki, Türkiyə mediası son bir həftədir ki, “Zaman” qəzetinin yazarı Əkrəm Dumanlının Davudoğlu və Fətullah Gülən münasibətləri haqda yazdıqlarını müzakirə edir.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 792