Gürcüstana uçan təyyarəni ildırım vurdu


16:25     19 İyun 2017 ildirim-shimshek-ildirim-simsek-ildirim-shimshek.jpg

Türkiyədən Gürcüstana uçan təyyarəni ildırım vurub.


Femida.az xəbər verir ki, “AtlasJet” aviaşirkətinə məxsus təyyarə İstanbul-Tbilisi aviareysini həyata keçirərkən hava boşluğuna düşüb.

Təyyarə havaya qalxandan 15-20 dəqiqə sonra onu ildırım vurub. Təyyarənin idarəetməsində problem yarandıqdan pilotlar Atatürk hava limanına qayıtmağa qərar veriblər.

Bir müddət sonra təyyarə yenidən havaya qalxıb və heç bir problem olmadan Tbilisiyə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2892