İkinci sinif şagirdi təkərlər altında qaldı


17:06     19 İyun 2017 piyada_usaq1.jpg

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.


Hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb. Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.

İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1582