Ögey qızının qətlində təqsirləndirilən şəxsin məhkəməsi olub

15:02     19 İyun 2017 mehkeme%20hakimi.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı ögey qızını öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Femida.az -ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnar Hacıyevin 10 yaşlı Həcər Hacıyeva şahid qismində dindirilib.
Həcər Hacıyeva bildirib ki, ölən Ramilə anası ilə onlarda qalıb: "Həmin gün ləyəndə su aparıb, atamın ayaqlarını yudum. Sonra atam Ramiləyə tapşırdı ki, ləyəni aparsın. Onun gücü çatmadı. Suyu yerə tökdü. Atam qızı döydü, yerə yıxdı, şillə-təpik vurdu. Mən də oturub pəncərədən baxırdım. Atam Ramiləni başını divara çırpdı. Ramiləni atam da , anası Samirə də həmişə döyürdü".

Öldürülən 6 yaşlı qızın anası Samirə Yarıyeva da hazırda həbsdədir. Ona qarşı CM-nin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək ki, Xırdalanda kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva polisə qızının müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib. Sonradan onun qətlə yetirildiyi müəyyənləşib.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 711