2 nəfər istidən öldü - İspaniyada


22:41     19 İyun 2017 isti%20hava4.jpg

Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbəb olub.


Femida.az xəbər verir ki, İspaniyada iki nəfər günvurma nəticəsində həyatını itirib.

Bundan başqa, Kataloniya regionunda 150-yə yaxın adam xəstəxanaya müraciət edib.

Qeyd olunur ki, İspaniyanın 22 əyalətində temperatur 40 dərəcədən artıqdır.

Yerli meteoroloqların proqnozuna görə, bu cür temperaturun yaxın günlərdə davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 852