İxtisas seçimi bu gün başa çatır


21:11     19 İyun 2017 dovlet-imtahan-merkezi-dim.jpg

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən xəbərə görə, seçimi iyunun 9-da başlayıb.

İxtisası seçib, hələ təsdiqləməəyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1161