DİM: 91 şagirdin qiyməti dəyişdirilib


21:42     19 İyun 2017 dim%20tqdk7.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını açıqlayıb.


DİM-dən Femida.az-a verilən xəbərə görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına açıq tipli tapşırıqlar ilə əlaqədar 234 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,20%i) 1419 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Onlardan 91 şagirdin (bütün imtahan verənlərin 0,08%-i) cəmi 124 tapşırıq (bütün tapşırıqların 0,005%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 815