Ötən gün 61 cinayət faktı qeydə alınıb


23:19     19 İyun 2017 1405689430_1391632478_cenubnews-hebs-yeni1.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 61 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.



Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər tutulub.

Açar sözlər:

Oxunub: 676