Türkiyə şəhid verdi


00:20     20 İyun 2017 1440398928_sehid-turk.jpg

Türkiyənin Diyarbakır əyalətinin Lice rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında qarşıdurma baş verib.


Femida.az -ın "Hurriyet"ə istinadən verdiyi məlumata görə, nəticədə üç hərbçi yaralanıb. Onlar Selahattin Eyyubi Dövlət Xəstəxanasına çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri mayın 28-dən Diyarbakır əyalətinin 6 rayonunda, 104 kənd dairəsində “Bayrak-54” adlı əməliyyat keçirir. Əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin 7 742 əməkdaşı iştirak edir.

Açar sözlər:

Oxunub: 872