Ayağı sürüşdü - Unitazın üzərinə yıxıldı


01:44     20 İyun 2017 1497892900-5398.jpeg

Bakı sakini ayaqyolu çanağının (unitaz) üzərinə yıxılaraq ağır xəsarət alıb.


Femida.az-ın Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yaşayan 1971-ci il təvəllüdlü M.Rəhimov hamam otağında olarkən ayağı sürüşüb. O, ayaqyolu çanağının üzərinə yıxılıb. Nəticədə M.Rəhimov bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.

O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Femida.az

Açar sözlər:

Oxunub: 2436