Meşə yanğınları 63 can aldı


01:58     20 İyun 2017 1439801827_130728-yangin25.jpg

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.


Femida.az RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 13-ü yanğınsöndürən olmaqla 135 nəfər xəsarət alıb, ağır vəziyyətdə olanlar var. İki nəfərin itkin düşdüyü bildirilir.

Portuqaliyanın daxili işlər naziri Konstanşa di Souzanın sözlərinə görə, hazırda ölənlərdən 24-ün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Hazırda ölkənin bir neçə bölgəsində güclü meşə yanğınları davam etməkdədir.

Açar sözlər:

Oxunub: 1045