Millət vəkili nazirdən danışdı: “Məsuliyyətli insandır“


17:03     30 Aprel 2015 zahi.jpg

"Düşməni Azərbaycan torpaqlarını tərk etməyə məcbur etməyə qadirik, buna qısa müddətdə nail olacağıq"
Bu sözləri Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 16-cı ildönümü münasibətilə yeni yaradılan hərbi birləşmələrə döyüş bayraqlarını təqdim edərkən çıxışında deyb. O bildirib ki, bu gün ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələnib və düşmənə gücümüzü göstərməklə onlara aydın mesaj verdik.”


Femida.az nazirin son günlərdəki açıqlamaları haqda fikir öyrənməyə çalışıb;
Millət vəkili Zahid Oruc Müdafiə Nazirinin müharibə açıqlamarına münasibət bildirərkən deyib ki, real müharibə hazırlıqları və düşmənə istənilən halda zərbə vurmaq üçün gərəkən bütün vacib olan addımlar atılmaqdadır:

“Zakir Həsənovun sərt bəyanatları sadəcə informasiya müharibəsinin tərkib hissəsi deyil. Bu həm düşmən tərəfindən əldə olunan informasiyaların təhlilindən doğur, həm də Azərbaycanın ön cəbhədə yeni texnika silah-sursat yerləşdirməsi və güclü döyüşçülərin hazırlanması ilə tamamlanır. Bu sadəcə Müdafiə Nazirinin ermənilərin bizim əleyhimizə həyata keçirdikləri diplomatik siyasi tamaşaya cavab vermək cəhdindən doğmur. Zakir Həsənovu tanıyanlar bilir ki, o kifayət qədər məsuliyyətli insandır. Ali baş komandanın onun qarşısında qoyduğu vəzifə ilk növbədə Qarabağ cəbhəsində bütün mənəvi-psixoloji,həmçinin real hərbi üstünlüyü təşkil etməkdir. Ötən dövrün qısa təhlili sübut edir ki, bu vəzifə yerinə yetirilib. Yəni Azərbaycan indiyə qədər iqtisadi, siyasi üstünlüyünü hərbi cəhətdən də təklif edə bilir. Artıq indi erməni tərəfi bu üstünlüyün ağrısını yaşayır.”

Zahid Oruc həmçinin Qarabağda həyatını itirmiş və nəşi Ermənistana gedən əsgərlərin, ailələrinin öz hakimiyyətlərinə çox ciddi basqılar göstərdiyini də deyib. O bildirb ki, Suriyadan gətirilmiş 14-15 min erməni cəbhə xəttinə gətirilib ki, onların mental xüsusiyyətləri, dünya görüşləri, ideologiyaları xeyli fərqlidir:

“Zakir Həsənovun məlum açıqlamalarının arxasında real güc dayanır Azərbaycanın qüvvəsi, imkanları artıb. Hesab edirəm ki, bu həm siyasi, həm də regional vəziyyətə təsir edir. Əgər Ermənistanı himayə edən dövlətlərədə Azərbaycanla normallaşa bilsə öz ərazilərini qaytarması reallaşacaq”.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 820