“Ermənilər tariximizi məhv etməyə çalışır” – Robert Mobili


19:07     21 İyun 2017 19416079_1853575624962361_2044971405_n.jpg

“Ermənilər alban kilsələrini tamamilə fərqli formada təmir edib öz “tarixi” abidələri kimi təqdim etməyə çalışırlar”


Bunu Femida.az-a açıqlamasında Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib.

Robert Mobili bildirib ki, alban kilsələri bir çox elementlərinə görə erməni kilsələrindən fərqlənir və indi həmin fərqi aradan qaldırıb Qarabağdakı bütün kilsələri erməni kilsəsi adı kimi qələmə verməyə çalışırlar:

“Ermənilər Qarabağdakı alban kilsələrinin əksəriyyətini bərpa edirlər. Mənfur düşmənlərimiz bunu ürəyi yandığından etmir. Məqsəd gələcəkdə həmin torpaqlara iddia irəli sürməkdir. Bir sözlə, bərpa işi əslində həmin kilsələrə sahib olmaq məqsədi daşıyır”.

R.Mobili müxtəlif beynəlxalq konfranslarda ermənilərin bu mənfur və hiyləgər planlarını ifşa etməyə çalışdığını bildirdi:

“Əlimizə imkan düşən kimi ermənilərin bu vandalizmi ilə bağlı haqq səsimizi ucaldırıq. Bütün dünya alban apostol kilsələrinin mövcudluğunu qəbul edir”, - deyə o əlavə edib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1866