Folklend problemi Bakıda müzakirə edildi


19:00     19 Avqust 2015 20150819_4(1).jpg

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Malvina-Falkland adaları ətrafında mübahisə və beynəlxalq hüquq” mövzusunda dəyirmi masa keçirilib.


Femida.az-ın xəbərinə görə, tədbirdə argentinalı hüquqşünas, Beynəlxalq Hüquq İnstitutunun (Institut de Droit International) üzvü, eləcə də Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun (Graduate Institute of International and Development Studies, Geneva) professoru Marselo Kohen məruzə ilə çıxış edib.

Məruzədə suverenlik ilə bağlı mübahisə doğuran iddialar və bu baxımdan dekolonizasiya kontekstində tətbiq edilən müvafiq qaydalar, o cümlədən ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri müzakirə edilib.

Eləcə də beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər nəzərdən keçirilib.

Tədbirin sonunda qonaq iştirakçıları və jurnalistləri maraqlandıran suallara cavab verib.

Açar sözlər:

Oxunub: 488


Oxşar xəbərlər