Şəmkir faciə: bir ailənin iki uşağını “tok“ vurdu


19:28     19 Avqust 2015 143842401655bc9bd0e1a1e.jpg

Azərbaycanın Şəmkir rayonunda faciəli hadisə baş verib.


Hadisə bu gün saat 11 radələrində rayonun Abbaslı kəndində qeydə alınıb.

Kənd sakini Şükür Qasımovun evində iki azyaşlı nəvəsi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Rayon prokurorluğunun əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.

İlkin ehtimala görə, evdə nəzarətsiz qalan 4 və 6 yaşlarında olan uşaqlar açıq naqilə toxunublar./apa/

Açar sözlər:

Oxunub: 1066