Nepaldakı azərbaycanlılar ölkəyə gətirilir


17:19     30 Aprel 2015 1430338057906639155_750x500.jpg

Prezident İlham Əliyevin göstərişilə Nepala humanitar yardım aparan təyyarə bu gün geri qayıdacaq.


Femida.az xəbər verir ki, bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Nepalda yaşayan azərbaycanlılar təyyarə vasitəsi ilə ölkəyə qayıdacaqlar:

“Həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyə edilərək ölkəyə çatdırılması həyata keçiriləcək”.

Bildirək ki, prezident İlham Əliyevin göstərişi ilə aprelin 29-da FHN Azərbaycan hökuməti adından Nepalda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndərib.

FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimat, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

Xatırladaq ki, aprelin 25-də Nepalda baş verən güclü zəlzələnəticəsində ölənlərin sayı 6 mini ötüb.

Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 562