Hələb türk lirəsinə keçir


20:55     19 Avqust 2015 300520131749281773447.jpg

Suriya müxalifəti türk milli pulundan istifadə etməyə hazırdır.


Hələbdə türk lirəsinin dövriyyəyə buraxılması prosesinə başlanılıb.

“Faynənşl Tayms” qəzeti də bu mövzuya toxunayaraq xəbər yayıb ki, Hələb şəhəri Əsəd hökuməti ilə ona qarşı olan silahlı qüvvələr arasında bölünüb. Müxalif təşkilatlar isə hökumətlə təmasları tamamilə kəsmək məqsədi ilə iqtisadi mübarizəni gücləndirir.

Hələbdəki mağazaların, bazarların Türkiyə malları ilə dolub-daşdığı bildirilir. Suriya lirəsi artıq devalvasiyaya uğrayaraq dəyərini itirməkdədir.

Türk lirəsinə keçidin Əsəd hökumətinin iqtisadi siyasətinə ağır zərbə olacağı proqnozlaşdırılır.

Müharibənin başlandığı ilk vaxtlarda Türkiyənin Suriyaya ixracatında çöküş baş verib. 2014-cü ildə isə yenidən dirçəliş müşahidə olunmağa başlayıb. Təkcə ötən il 1,8 milyard dollarlıq ixrac həyata keçirilib.

Açar sözlər:

Oxunub: 1286