Taksi sürücülərinin qəniminə hökm oxundu


18:14     23 İyun 2017 v-chelyabinske-proizoshla-draka-s-ponozhovschinoy-raneny-dva-taksista_1.jpeg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Raul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt polisi taksi sürücülərinə qarşı soyğunçuluq edən şəhər sakinini saxlayıb. Məlum olub ki, 30 yaşlı Raul Əhmədov taksi sürücüləri Ramiz Heydərov, Elbəyi Həşimov, Vaqif Allahverdiyev və digərlərinə qarşı soyğunçuluq edib.

Femida.az

Açar sözlər:

Oxunub: 829