Dostuna 20 min ziyan vuran azadlıqda


00:06     24 İyun 2017 1429886643_mehkeme-texir.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Cahangirov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ə. Cahangirov kredit adı ilə dostundan 20 min manat pul alıb, lakin qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 447