Azərbaycanda işləyən və işsiz qadınların sayı açıqlandı


17:29     30 Aprel 2015 50.jpg

Hazırda dünyada, o cümlədən ölkəmizdə çalışan qadınların sayı getdikcə artmaqdadır. Dünya statiskisına nəzər salsaq, qadın məşğulluğunun ən yüksək olduğu ölkə hər yüz qadından 71-nin çalışdığı Danimarkadır. İkinci sırada 70 faizlə İsveç, 66 faizlə Hollandiya, 65 faizlə Finlandiya, 62 faizlə İngiltərədir. Onların çalışma faizinin aşağı olduğu ölkələrdən biri 24 faizlə Türkiyədir.Qadınların çalışma səbəblərinə gəldikdə, ilk olaraq, ailəyə əlavə gəlirin daxil olmasını göstərmək olar. Araşdırmalara görə, son 20-30 ildə xüsusilə inkişaf etmiş ölkələrdə qadınların işə cəlb olunmasında artım olub. Açıqlanan statistik rəqəmlərə əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onların 39,2 faizini qadınlar təşkil edib.


Bu gün Azərbaycanda işləyən və işsiz xanımların siyahısını oxuculara təqdim etmək üçün Femida.az ekspertlərə müraciət etdi:
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova:

“Kifayət qədər qadın işləyir, ola bilər bu rəsmi iş yeri olmasın, amma işləyən qadınlarımız çoxdur. Hərdən elə hallarda olur ki, kişilər şikayət edir ki, bizə iş yoxdur, hər yerdə işçi olaraq qadın istəyirlər. Ola bilsin, qadınların bir neçəsi qeyri-sektorda çalışır və rəsmi qeydiyyatları yoxdur. Ailənin yükü daha çox qadınlarının üzərindədir”.

İşsizliklə bağlı qadınların sizə müraciyyəti olubmu sualına Mehriban Zeynalova belə cavab verdi:

“Bəli, həddindən artıq çox olub. Biz Əmək və Əhalinin Sosial Müdafiyyə Nazirliyi ilə əməkdaşlıq edirik, orda qeydiyyata alırlar və lazımı tədbirləri görürlər”. Əmək və Əhalinin Sosial Müdafiyyə Nazirliyinin məşğulluq kommitəsininn mətbuat katibi Elman Babayev: “2015-ci ilin 01 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29093 nəfər təşkil edib ki, onlardan 11396 nəfəri qadınlardır. ƏƏSMN-nin məşğulluq xidməti orqanları tərəfindən qadınların da səmərəli məşğulluğunun təminatı istiqamətində müvafiq işlər görülür. Nazirliyin məşğulluq xidməti orqanlarının xətti ilə ötən il münasib işlə təmin olunan 29490 nəfərin 10780 nəfəri (36,5 faiz), cari ilin birinci rübü ərzində münasib işlə təmin olunan 6268 nəfərin 2271 nəfəri (36,2 faiz) qadınlar olub. Eyni zamanda, nazirlik işsiz və işaxtaran vətəndaşların, o cümlədən bu təbəqədən olan qadınların əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluq imkanlarının artırılması üçün onların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmasını diqqətdə saxlayır. ƏƏSMN-nin məşğulluq xidməti orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan qadınların sayı ötən il 1755 nəfər, 2015-ci ilin birinci rübü ərzində 319 nəfər təşkil edib. Peşə kurslarını bitirən qadınların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq tədbirlər görülüb. Həmçinin, ƏƏSMN-nin məşğulluq xidməti orqanları tərəfindən ötən il 365 nəfər, cari ilin yanvar-mart aylarında isə 44 nəfər qadın ödənişli ictimai işlərə cəlb olunub. Onu da qeyd edək ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən, bu səbəbdən kvota əsasında məşğulluğu təmin olunan vətəndaşlar kateqoriyasına sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqları tərbiyə edən qadınlar da aid edilib”.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Kommitəsinə bununla bağlı zəng etsəkdə, sualımıza cavab ala bilmədik. Müxtəlif bəhanələrlə sualımızı cavabsız qoydular. Yazıda da göründüyü kimi belə nəticəyə gəldik ki, bu gün Azərbaycanda işsizliklə mübarizə aparan xanımlarımız üstünlük təşkil edir.

Nazlı Onur
Femida.az

Açar sözlər:

Oxunub: 1467