Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq etdi
16:56 24 İyun 2017
Özünü bank sahəsində ekspert kimi təqdim edən şəxsə xəbərdarlıq edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib.
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Hazırda Ə.Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 1115
Oxşar xəbərlər
- Prokurorluq Lökbatandakı partlayışla bağlı məlumat yayıb
- Prokurorluq meşədəki qətllə bağlı etiraz etdi
- Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
- Prokurorluq etiraz etdi - Dəyişiklik qəbul edilmədi
- Prokurorluq əməkdaşı qəzaya düşdü - Vəziyyəti ağırdır
- Prokurorluq təmsilçiləri Bolqarıstanda olub
- Prokurorluq Masallıdakı sünnət faciəsini araşdırır
- Prokurorluq orqanlarında rəis müavini TƏYİNATI
- Prokurorluq və DİN birgə məlumat yaydı - Dəhşətli qətllə bağlı
- Prokurorluq orqanlarından 9 nəfər xaric edilib