Hələbdə partlayış - 4 ölü, 30 yaralı


18:20     24 İyun 2017 partlayis%20yangin5.jpg

Suriyanın şimalında yerləşən Hələb şəhərinin əl-Furqan məhəlləsində töədilən partlayış nəticəsində 4 mülki vətəndaş ölüb, azı 30 nəfər yaralanıb.

Bu barədə Hələb polisi açıqlama verib. Açıqlamada partlayışın əhalinin sıx olduğu yerdə törədildiyi bildirilib. Suriya mətbuatı terror hücumumu "Əbu Ammara" terror təşkilatının törətdiyini qeyd edib.

Xatırladaq ki, adıçəkilən terror təşkilatı 19 apreldə Hələbin Səlahəddin bölgəsində terror hücumu təşkil etmişdi. Hücumda 6 nəfər ölmüş və 32 nəfər də yaralanmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 736