Polislərə silahlı hücüm


01:25     20 Avqust 2015 96617.jpg


İstanbulun Beşiktaş məhəlləsində polislərə silahlı hücum olunub. Hadisə nəticəsində ölən olmasa da, polislərdən biri xəsarət alıb.

Femida.az-ın "Hürriyyət"-ə istinadən verdiyi məlumata görə, əvvəlcə Beşiktaş ərazisindən bomba, daha sonra isə atəş səsləri eşidilib.

İnsident saat 14:40 radələrində baş verib. Əvvəlcə hadisəni törədən iki polisə tərəf bomba atıb, daha sonra köməyə gələn digər iki nəfəri isə güllə atəşinə tutub.
Polislərin onları cavab atəşinə tutmasını görəndən sonra cinayətkarlar qaçmağa başlayıblar. Onlardan ikisi Taksim meydanında tutulub.
Silah səsləri eşidilən kimi İstanbulun Beşiktaş ərazisindəki yollar bağlanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və polislər cəlb olunub.

Türkiyə polisindən alınan məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılır. Hadisənin kim və nə səbəbdən törədilməsi araşdırılır.


Açar sözlər:

Oxunub: 882