Yerə təhlükəli asteroid yaxınlaşır


19:33     24 İyun 2017 yer%20kuresi.jpg

Şənbə günü, iyunun 24-də, Yer kürəsinə potensial təhlükəli nəhəng asteroid yaxınlaşacaq.


Femida.az xəbərinə görə, bu barədə Fobos nəşri məlumat yayıb.

Səma cisminin diametri 230 metr təşkil edir. Asteroid saatda 45 min kilometr sürətlə hərəkət edir və Yerdən üç milyon km məsafədə keçəcək.

Alimlər hesablayıblar ki, Yer kürəsi asteroidlə toqquşacağı təqdirdə Xirosima atılan atom bombasından sonra baş verən partlayışdan 300 dəfə güclü partlayış qeydə alınacaq.

Açar sözlər:

Oxunub: 785