Dünyanın ən ucuz şəhərləri - Siyahıda Bakı da var
23:19 24 İyun 2017
Beynəlxalq konsaltinq şirkəti olan "Mercer"in tərtib etdiyi "Cost of Living Survey 2017" adlı reytinqə əsasən Bakı dünyanın ucuz şəhərlərindən biridir.
Reytinqə 5 qitədə yerləşən 209 şəhər daxil edilib.
Reytinqin tərtibi zamanı təxminən 200 komponentin qiyməti araşdırılıb ki, onlar arasında yaşayış, o cümlədən mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları, əyləncə və s. var. Oriyentir qismində Nyu-York şəhəri (digəriləri bu şəhərlə müqayisə olunub) götürülüb.
Beləliklə, ən bahalı şəhər adını Anqolanın paytaxtı Luanda qazanıb. Onun ardınca Honkonq, Tokio, Surix və Sinqapur gəlir. İlk onluğa həmçinin Seul, Cenevrə, Şanxay, Nyu-York və Bern daxildir.
Moskva reytinqin 14-cü pilləsində qərarlaşdığı halda, Sankt-Peterburq 36-dır.
Bakı 209 ölkə arasında 182-ci yerdə qərarlaşıb. Belarusun paytaxtı Minsk 200-cü, Gücrcüstanın paytaxtı Tbilisi isə 204-dür. Ukraynanın paytaxtı Kiyev yalnız 163-cü yerlə kifayətlənməli olub.
Ən ucuz şəhərlər isə Afrikanın Blantayr və Vindhuk, Skopye (Makedoniyanın paytaxtı), Bişkəkdir (Qırğızıstanın paytaxtı).
Qeyd edək ki, dünyanın ən iri transmilli şirkətləri öz fəaliyyətində "Mercer"in reytinqlərindən və araşdırmalarından istifadə edir. (apa)
Femida.az
Oxunub: 1662
Oxşar xəbərlər
- Dünyanın ən etibarlı evi tikildi - 30 milyon dollara
- Dünyanın ən məşhur fırıldaqçıları – 65 milyard dollarlıq dələduzluq...
- Dünyanın ən zəngin adamı dəyişib
- Dünyanın ən yaşlı sakini vəfat etdi
- Dünyanın ən yaşlı kişisi vəfat edib
- Dünyanın ən bahalı 20 oteli
- Dünyanın ən kök adamı əməliyyat olunacaq - 600 kiloqram çəkisi var
- Dünyanın ən təhlükəli şəhəri oldu
- Dünyanın ən çılğın 10 diktatoru
- Dünyanın ən varlıları məlum oldu