İnsanlar vəbadan ölür - Yəməndə acınacaqlı vəziyyət


02:34     30 İyun 2017 1498750120248991221_1000x669.jpg

UNICEF-in təyyarələri 36 ton dərman və 10 milyon su təmizləyici həbi Yəmənə çatdırıb. Burada aprel ayının sonlarından vəba epidemiyası tüğyan edir.


Femida.az “Euronews” telekanalına istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yoluxucu xəstəlik artıq 1400 nəfərin həyatına son qoyub, yoluxanların sayı isə 218 min nəfərə çatıb. Xəstəxanalarda yer çatışmadığından hətta uşaq şöbələrində körpələr belə döşəmələrdə yerləşdirilir.

Bununla yanaşı, həkimlərin bir çoxu oktyabr ayından bu yana məvaciblərini ala bilmir. Hökumətlə üsyançılar arasında davam edən silahlı münaqişə iki il ərzində ölkənin səhiyyə infrastrukturunu tamamilə sıradan çıxarıb. Su təmizlənmə sistemlərinin əksəriyyəti məhv edilib. Bu faktorlar vəbanın yayılması üçün əlverişli şərait yaradıb. Mütəxəssislər Yəməndə yaranan belə vəziyyəti bəşəriyyət tarixinin yeni ən güclü vəba epidemiyası adlandırırlar.

Açar sözlər:

Oxunub: 931