SOCAR yeni quyular qazır


21:41     20 Avqust 2015 quyu%20qazilir.jpg

Azərbnaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru”, ”Çandahar-Zarat”, “Səadan”, “Darvin bankası” və “Pirallahı-dəniz” yataqlarında yeni quyuların qazılmasına başlayıb.


SOCAR-ın mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Pirallahı adası-quru” yatağında Qirməkialtı Lay Dəstəsinə qazılan 1 188 nömrəli quyunun layihə dərinliyi 800 metr, “Pirallahı-dəniz” yatağındakı 1 140 nömrəli meydançadan Qirməkialtı Lay dəstəsinə qazılan 1 146 nömrəli quyunun layihə dərinliyi 890 metr, “Darvin bankası” yatağında 740 nömrəli meydançadan Qirməkialtı Lay Dəstəsinə qazılan 742 nömrəli quyunun layihə dərinliyi isə 1 150 metrdir.

Bundan başqa, “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə ”Çandahar-Zarat” yatağında 1 838 və “Səadan” yatağında 1 808 nömrəli quyularda da qazma işlərinə start verilib. Maykop Lay Dəstəsinə qazılan quyuların layihə dərinlikləri müvafiq olaraq 1 250 və 1 400 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 820