Ukraynada öldürülən azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA


22:23     20 Avqust 2015 1I87K9eVK8gQ8.jpg

Azərbaycan tərəfi Ukraynada öldürülən azərbaycanlılarla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər göndərib. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacyev deyib.


H.Hacıyevin sözlərinə gpörə, 25 iyun 2015-ci il tarixində Ukraynanın Xerson vilayəti, Uryupinski rayonu Podlenivka kəndi ərazisində qətlə yetirilmiş 4 sentyabr 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Nuruşov Vüqar Qiyas oğlu və 17 avqust 2015-ci il tarixində Xerson şəhərində qətlə yetirilmiş 1956-cı ildə Culfa rayonunda anadan olmuş Ukrayna vətəndaşı Tağıyev İlham Tağı oğlunun öldürülməsi ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işləri Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən izlənilir: “Qeyd olunan cinayət işləri ilə əlaqədar səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər göndərilib”.

Açar sözlər:

Oxunub: 1033