Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirildi (VİDEO)


22:33     20 Avqust 2015 1440072965%20(1).jpg

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırolma səviyyəsini yoxlayıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəfil həyacan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub.

Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.

Açar sözlər:

Oxunub: 891