Bakı-Sumqayıt yolunda qəza - Sürücü ağır yaralandı


20:02     03 İyul 2017 qeza45.jpg

Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış Kamaz markalı yük avtomobilinə çırpılıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış sürücünü minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 2179