Uşağın üzərinə qaynar su dağıldı


21:44     03 İyul 2017 qaynar%20su.jpg

Tovuzda bir yaşlı qızın üzərinə qaynar su dağılıb.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 2016-cı il təvəllüdlü Ayan Ramin qızı Vəliyeva yanıq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Körpəyə bədənin sinə nahiyəsinin 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub. Məlumata görə körpə çaydandakı qaynar çayı üzərinə aşıraraq, yanıq xəsarəti alıb.

Açar sözlər:

Oxunub: 716