Abdullah Gül Bakıda fəxri doktor oldu


21:00     30 Aprel 2015 Abdullah_Gul_181012_1.jpg

Aprelin 30-da Türkiyənin 11-ci Prezidenti Abdullah Gülə ADA Universitetinin fəxri doktoru adı verilib.

Trend-in məlumatına görə, sabiq Prezidentə fəxri doktor diplomu rektor Hafiz Paşayev tərəfindən təqdim olunub.

H.Paşayev qeyd edib ki, fəxri doktor diplomu A.Gülə iqtisadiyyat elmində nailiyyətlərinə, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə təqdim olunub.

Açar sözlər:

Oxunub: 489