İtkin balıqçılar tapıldı


04:28     21 Avqust 2015 0ccfd2f04d2395b79a72e368d34ad3f1.jpg

Avqustun 10-da balıq ovu üçün Pirallahıdan Xəzər dənizinə çıxmış Neftçala rayon sakini olan balıqçılar avqustun 10-da gecə evlərinə qayıdıblar.


Femida.az xəbər verir ki, bu barədə APA-ya Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov məlumat verib.

A. Aslanov deyib ki, motorlu qayığın akkumulyatoru sıradan çıxdığı üçün 4 balıqçı 9 gün açıq dənizdə qalıb:

“Xəzərdə itkin düşən balıqçılar 9 gün sonra başqa bir balıqçı gəmisindəki balıqçıların yardımı ilə akkumulyatoru təmir edərək sahilə çıxıblar”.

A. Aslanov 9 gün ərzində balıqçıların ehtiyat üçün götürdükləri ərzaq və su ilə qidalandıqlarını da söyləyib:

“Balıqçılar həmişə pis günlərini fikirləşdikləri üçün ehtiyat azuqə götürürlər”.

Açar sözlər:

Oxunub: 1089