Abdullah Gül: Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırmalıdır


21:47     30 Aprel 2015 abdullah-gül-1.jpg

“Dünya Ukraynadakı vәziyyәtә reaksiya verir, amma eyni işğal Azәrbaycanda davam edәrkәn sәssiz qalır”


Femida.az-ın məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin sabiq Prezidenti Abdullah Gül deyib.

O bildirib ki, bunun ilk sәbәbi Azәrbaycan torpaqlarının işğal altında olmasıdır:
“Bu durumun qısa vaxtda sona çatması üçün hәr kәs әlindәn gәlәni etmәlidir. Minsk Qrupunun son 20 illik fәaliyyәti qənaətbəxş deyil. İkili standartlar mövcuddur. Bu, işğalın davam etmәsinә fürsәt verir. Dünya Ukraynadakı vәziyyәtә reaksiya verir, amma eyni işğal Azәrbaycanda davam edәrkәn buna sәssiz qalır. Beynәlxalq hüquqa inam azalır. Bu işğal tez biz zamanda sona çatdırılmalı vә Qafqazda tәhükәsizlik tәmin olunmalıdır”.

Türkiyənin sabiq dövlət başçısı həmçinin bildirib ki, Azərbaycan bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə böyük uğurlara nail olub və Qafqazın mərkəzinə çevrilib.

O vurğulayıb ki, Bakı öz enerji imkanları ilə daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan tarixi şəhərdir:

“Bakı həm də siyasi paytaxtdır və Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft boru xətti yuxu kimi görünürdü. Ancaq reallaşdı. Sonra biz Bakı-Tbilisi-Ərzurum qaz boru xətini reallaşdırdıq. Çəkiləcək TANAP xətti də Azərbaycanı Avropada önəmli enerji mənbəyi olaraq ortaya çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yol xətti çox önəmli layihədir və bitmək üzrədir. Bunlar Azərbaycan qaynaqlı layihələrdir. Gürcüstan və Türkiyə üzərindən çıxır və bütün Avropaya paylanır. Dünya bu layihələrə çox önəm verir”.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 573