Səkidə dayanan iki adamı avtomobil vurdu


03:35     21 Avqust 2015 14366as.jpg

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.


Femida.az xəbər verir ki, avqustun 19-da saat 05 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində Göygöl rayon sakini Elyar İsgəndərov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında dayanmış Bakı şəhər sakini Asif Əhmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Anoloji hadisə Qəbələdə də baş verib. Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Murad Musayev idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Xəqani Əliyevi vurub. X.Əliyev hadisə yerində ölüb.

Hər iki faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 581