Polis Şöbəsində intihar - Mingəçevirdə


14:40     21 Avqust 2015 images-cms-image-000421482.jpg

Mingəçevir sakini özünü şəhər Polis Şöbəsinin binasından aşağı ataraq intihar edib.


Hadisə avqustun 20-də axşam saatlarında qeydə alınıb.

Şəhər sakini, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılıb. Bəhruz Hacıyev polis şöbəsinin binasının 3-cü mərtəbəsindən özünü aşağı ataraq intihar etdiyi bildirilir. Onun nə üçün polis şöbəsinə çağırıldığı və hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 943