Ermənilərin yaraladığı qadın Horadiz Xəstəxanasına köçürüldü
18:54 07 İyul 2017
İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva yerləşdiyi hərbi hospitaldan mülki xəstəxanaya köçürülüb.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
Onun sözlərinə görə, S.Quliyeva bu gün Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Horadiz Şəhər Xəstəxanasına köçürülüb.
"Xəstənin bədənindəki bütün qəlpələr çıxarılıb. Xəstə üzərində təkrar əməliyyatın aparılmasına ehtiyac yoxdur. Xəstənin sağlamlıq durumu yaxşılaşır. Vəziyyəti stabildir və qənaətbəxş hesab olunur. Hazırda xəstə ciddi nəzarət altındadır".
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Femida.az
Oxunub: 1176
Oxşar xəbərlər
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Ermənilərin etirazları nəticəsiz qaldı
- Ermənilərin yaraladığı 13 yaşlı uşağa görə cinayət işi açılıb
- Ermənilərin yaraladığı qadının vəziyyəti kafidir
- Ermənilərin təklifi rədd edildi - ATƏT-dən Azərbaycana dəstək (VİDEO)
- Ermənilərin qətlə yetirdiyi 2 yaşlı Zəhra - FOTOLAR (18+)
- Ermənilərin kəşfiyyat dəstəsini bu şəxs məhv edib
- Ermənilərin törətdiyi yanğın evlərə çatır - Ağdam təhlükədə
- Ermənilərin atəş nöqtəsi məhv edildi - Düşmənin itkiləri var (VİDEO)