Belçika səfiri Naxçıvanda səfərdə olub


00:00     08 İyul 2017 belcika0.jpg

Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri bu gün başa çatıb. Naxcivantv.az xəbərinə görə, səfər çərçivəsində qonaq muxtar respublikanın bir sıra tarixi abidələri təhsil və mədəniyyət müəssisələrində olub.


Naxçıvan Biznes Mərkəzində olan qonağa mərkəzdə sərgilənən eksponatlar haqqında məlumatlar verilib. Burada sərgilənən ərzaq və sənaye məhsulları, həmçinin sənətkarlıq nümunələri, habelə təbii dərman bitkilərindən hazırlanan məhsullar qonağın marağına səbəb olub.

Naxçıvan Günəş Elektrik Stansiyasında olan qonağa məlumat verilib ki, muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirmək məqsədilə tikilən günəş elektrik stansiyasında yeni günəş panelləri quraşdırılacaq.

Daha sonra səfir Naxçıvan Dövlət tarix Muzeyi, Xalça muzeyi, Möminə Xatın türbəsi, Açıq səma altında muzey və Xan sarayı ilə tanış olub.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət zamanı Naxçıvan ərazisində yaşamış qədim insanların istifadə etdikləri məişət əşyaları, buradakı eksponatlar qonağın marağına səbəb olub.

Səfir həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlarında yerləşən Nuh Peyğəmbərin türbəsini də ziyarət edib.

Səfir daha sonra Duzdağ Fizioterapiya mərkəzinə gəlib. Qonağa məlumat verilib ki, mərkəzdə tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri, allergiya, xüsusilə bronxial astmadan əziyyət çəkənlər müalicə olunur.

Naxçıvan Dövlət Universiteti ilə tanışlıqdan sonra görüş dəyirmi masa arxasında davam edib. Belçika krallığı ilə bir çox sahələrdə uzunmüddətli əməkdaşlığın qurulmasından söhbət açan qonaq təhsil sahəsində də əlaqələrin qurulmasında maraqlı olduğunu və bunun üçün səyləri əsirgəməyəcəyini deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 809